Fransa millisinin baş məşqçisi Didye Deşam özündən sonra yığmanın “sükanı arxası”nda görmək istədiyi məşqçinin adını çəkib. “La Monde” nəşrinə açıqlama verən 51 yaşlı mütəxəssis bu posta Zinəddin Zidanı layiq görüb: “Əminəm ki, məndən sonra milli Zidana təhvil veriləcək. O, bu posta ən real namizəddir. Əbədi olaraq Fransa yığmasını çalışdıra bilmərəm. Məndən sonra bu komandada Zidan işləməlidir”. Xatırladaq ki, bir neçə gün öncə Deşam Fransa millisi ilə müqavilə müddətini 2022-ci ilə qədər yeniləmişdi.